Uelsin birinci naziri (baş nazir) Vaughan Gethinq Kardiffdə 25 ildir hakimiyyətdə olan Uels İşçi Partiyasının lideri seçildikdən sonra Avropanın ilk qaradərili lideri olmaqdan qürur duyduğunu söyləyib.
Publika.az xəbər verir ki, keçmiş hüquqşünas və hazırkı iqtisadiyyat naziri olan 50 yaşlı Getinq çərşənbə günü keçmiş lider, 69 yaşlı Mark Drakefordu əvəz edəcək. Drakeford beş illik vəzifəsindən sonra dekabr ayında istefa verib.
Uelsli ata və zambiyalı ananın övladı olan Vaughan Gethinq Avropa ölkəsinin ilk qaradərili lideri olmaqdan şərəf duyduğunu söyləyib və Uels tarixində yeni bir səhifədən danışıb.
Britaniya İşçi Partiyasının lideri və 2025-ci ilin yanvarına qədər keçirilməsi gözlənilən Böyük Britaniya ümumi seçkilərinin ən böyük favoriti Keir Starmer “X” vasitəsilə Vaughan Gethinqə təbriklər ünvanlayıb.
Aysel Şahmar