Fevralın 3-də tanınmamış Luqansk Xalq Respublikasının fövqəladə hallar naziri Aleksey Poteleşenko həlak olub.
Publika.az xəbər verir ki, bu, Ukrayna ordusunun Lisiçansk çörək zavoduna hücumu nəticəsində baş verib.
"Ukrayna silahlı qüvvələrinin fevralın 3-də Lisiçansk çörək zavoduna hücumu nəticəsində daxili işlər naziri Aleksey Poteleşenko həlak olub", - TASS idarənin nümayəndəsinə istinadən xəbər verib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Lisiçanskın atəşə tutulduğunu, nəticədə 28 vətəndaşın həlak olduğunu təsdiqləmişdi.
Tural