Avtomobillərlə bağlı aparılan araşdırmanın nəticələri böyük səs-küyə səbəb olub. Təqqiqat qrupu elektrik avtomobillərinin əvvəllər düşünüldüyü kimi ekoloji cəhətdən təmiz olmadığına dair inandırıcı sübutlar tapıblar. Üstəlik, onlar benzin mühərrikli avtomobillərdən daha zəhərli olduğunu iddia ediblər.
Publika.az xəbər verir ki, bu haqda "Daily Mail" yazıb. Müstəqil bir təşkilat tərəfindən 2022-ci ildə aparılan bir araşdırma, təkər və əyləc emissiyalarının emissiyaları azaldan filtrlərlə təchiz olunmuş müasir egzoz borularından 1850 dəfə çox hissəciklər buraxdığını müəyyən edilib.
Tədqiqatın müəllifləri belə qənaətə gəliblər ki, bu, avtomobilin çəkisi ilə bağlıdır: elektromobillər benzinlə işləyən avtomobillərdən əhəmiyyətli dərəcədə ağır olduğundan, onlar daha böyük çirkləndiricilərdir. Eyni zamanda, elektriklə işləyən avtomobillərin çəkisi təkərlərə və əyləclərə daha çox təzyiq edərək, onların daha tez köhnəlməsinə səbəb olur. Təkərlər və əyləclər köhnəldikcə, daha çox hissəciklər və ya mikroplastiklər buraxırlar - bu hissəciklər olduqca kiçikdir və buna görə də nəfəs almaq asandır.
ABŞ Ətraf Mühit Agentliyi isə bu hesabatla razılaşmır. Agentlik iddia edir ki, elektrik avtomobilləri generator kimi fəaliyyət göstərən regenerativ əyləc sistemləri ilə təchiz olunub - avtomobilin diapazonunu artırmaq üçün enerjini avtomobilin elektrik sisteminə geri qaytarır. Qeyd olunur ki, bu sistemlər əyləcləri qorumağa kömək edir və buna görə də onlar daha yavaş köhnəlir.
Agentlik rəsmiləri araşdırmalarını avtomobil təkərlərinin birbaşa müqayisəsinə yönəltməyi planlaşdırır.
Virginia Tech professoru Hesham Rakhanın sözlərinə görə, təkərlərin buraxdığı mikroplastiklərin tam həcmini müəyyən etmək olduqca çətindir. Vəzifə həm də onunla çətinləşir ki, tədqiqatçılar artıq havada olan mikroplastiklərdən, köhnəldiyi üçün təkərlərin buraxdığı mikroplastikləri ayırmalı olacaqlar. Məlumatlar göstərir ki, havada artıq o qədər çox mikroplastik var ki, orta hesabla insan hər il 78.000-211.000 hissəcik yeyir, içir və nəfəs alır.
Digər tədqiqatçılar iddia edirlər ki, obyektiv mənzərə üçün emissiyalar bütün həyat dövrü ərzində qiymətləndirilməlidir. Bunlara avtomobilin kuzovunun, mühərrikinin və akkumulyatorunun istehsalı üçün istifadə olunan materialların çıxarılması və emalı, həmçinin nəqliyyat vasitələrinin istehsalı və yığılması zamanı emissiyalar daxildir.
Cəmilə