"Deyirlər ki, insan ailə qurandan sonra dəyişir. Amma mən bunu özümə aid etməzdim. Ailə qursam da elə həminki Səidəyəm".
Publika.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Özəl" verilişində deyib.
Sənətçi bildirib ki, həyat yoldaşı onun səhnə fəaliyyətinə sərhəd çəkməyib:
"Həyat yoldaşım məni sənət baxımından sıxmır. Qarşıma hər-hansısa çərçivələr çəkmir ki, "bu olar, bu olmaz". Çünki o mənə arxayındır. Əsas odur ki, aramızda bir-birimizə inam var. İnam olmayanda hər şey pis olur. Əsas odur ki, Allah hər zaman üzümüzü ağ eləsin. İstəyərəm ki, ömrümün sonuna kimi o inam olsun. İnam olan yerdə her şey yaxşı olur, "yaşıl işıq" yanır. Yetər ki, inam olsun".
Proqramın aparıcısı Kazım Sübhan "Nadir Qafarzadə verilişlərin birində qonaq olarkən söylədi ki, "Dostlarınızı tanımaq istəyirsinizsə, toy edin". Səidə toy elədi. Dostlarını tanıya bildin?" - deyə müğənniyə sual ünvanlayıb.
Səidənin cavabı isə belə olub:
"Əlbəttə, tanıdım. Məni çox istəyən insanları gördüm ki, mənimlə o məclisdə bərabər oldular. Gələ bilməyən, amma hədiyyəsini göndərənlər isə bildim ki, onların ürəyi mənimlədir. Toyuma gəlməyənlərin canı sağ olsun. Amma anlayırsan ki, o deyil... Yəni orada sevgi görünür".