29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Münxendə Paşinyana əmr verilib: Rusiyanı ölkədən çıxart, Azərbaycanla...

20 fev 2024 07:00
GÜNDƏM
ads

Münxen səfərindən sonra Ermənistanda yeni anti-Rusiya əhval-ruhiyyəsi yaranacaq və teldən asılı olan Ermənistan-Rusiya münasibətlərini kökündən pozmağa, Rusiyanı Ermənistandan birdəfəlik sıxışdırmağa cəhd ediləcək.

Publika.az xəbər verir ki, belə iddianı “Hraparak” irəli sürüb. Saytın məlumatına görə, rəsmi mənbələr Qərbin belə bir tələb irəli sürdüyünü, bunun müqabilində Azərbaycanın ambisiyalarının qarşısını alacaqlarını bildiriblər.

“Paşinyanın Münxendə erməni icmasının nümayəndələri ilə görüşündə "Mən çoxdan deyirdim ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu, bizim səmimi mövqeyimizdir" deməsi də bunun təzahürü hesab olunur”, - sayt qeyd edib.

Əslində bu iddianın bəzi məqamlarında həqiqət payı var. Qərb Azərbaycana heç bir şəkildə təzyiq edə bilməz, bunu İlham Əliyev dəfələrlə vurğulayıb. Çünki Azərbaycanın tələbləri beynəlxalq öhdəliklər çərçivəsindədir.

Amma Qərb Paşinyandan konkret seçim etməsini tələb edə bilər: Ya biz, ya da Rusiya.

Təbii ki, Qərbin dəstəyi ilə hakimiyyətə gələn birinin qarşısında hansısa öhdəliklərin qoyulması təəccüblü deyil.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur