Türkiyəli aktyor İsmail Hacıoğlu şəxsi həyatı ilə gündəmdədir.
QÜTB.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun keçmiş həyat yoldaşı Duyqu Kumarki ilə yenidən barışdığı bildirilir.
Cütlük 2020-ci ildə boşanıb. Daha sonra onlar biri-birinə ikinci şans vermək istəsələr də, 2024-cü ilin avqustunda yenə ayrılıb.
Xatırladaq ki, Duyqu Kumarki ilə İsmail Hacıoğlunun bu evlilikdən bir qızı var.