"Müşviqin tanınmağının ən böyük səbəbi İzzət Bağırovdur".
QÜTB.AZ xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "İzzət şou"da deyib. O bildirib ki, aktyor Müşviq Şahverdiyevin tanınmasının səbəbi müğənni İzzət Bağırovu parodiya etməsi olub.
İzzət isə "Tək səbr"də başlayandan məni parodiya etməklə tutub. Neçə ildir mənim çörəyimi yeyir" sözlərini əlavə edib.
Elməddinin "İzzətin işi dayanmışdı, amma Müşviq onu parodiya edib qazanırdı" sözlərinə müğənni "Mənim yerimə fonoqram yazıb toylara gedirdi. Dəfələrlə toylarda onu oxutdurublar" cavabını verib.
(Axşam.az)