Ötən ilin 19 sentyabr tarixində düşmən təxribatının qarşısını alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz, 2002-ci il təvəllüdlü Tovuz rayon Qaraxanlı kənd sakini Qasımov Hacıəli Tahir oğlu ilə vida mərasimi keçirilib.
Publika.az xəbər verir ki, o, doğulduğu Qaraxanlı kəndində dəfn olunub.
Qeyd edək ki, şəhidimiz Bakı şəhərindəki xəstəxanaların birində 4 ay koma vəziyyətində olub.
13:43
X X X
Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan, uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu ilə Tovuz rayonu, Qaraxanlı kəndində vida mərasimi keçirilir.
Publika.az xəbər verir ki, onun nəşi doğulub boya-başa çatdığı Qaraxanlı kəndinə gətirilib.
Şəhidimiz vida mərasimindən sonra Qaraxanlı kənd qəbirstanlığında dəfn olunacaq.
Qeyd edək ki, onlar ailədə 4 övlad olublar. Onun əkiz qardaşı və 2 bacısı var. H.Qasımov hərbi xidmətə qardaşı ilə birlikdə, 18 yaşında gedib.