28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Putin mesajını verdi: Məni o əvəz edəcək

29 may 2024 12:00
GÜNDƏM
ads

Rusiya prezidenti Vladimir Putinin keçmiş təhlükəsizlik zabiti, Tulanın sabiq qubernatoru Aleksey Dyumin Rusiya Dövlət Şurasının katibi təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İnauqurasiyadan sonra Putin Dyumini özünə köməkçi təyin edib. Dmitri Peskovun sözlərinə görə, Dyumin müdafiə sənayesi və Dövlət Şurası məsələləri ilə məşğul olacaq, həmçinin “prezident aparatında idmanla bağlı məsələləri koordinasiya edəcək”.

Politoloq Sergey Markov yazır ki, Rusiya elitası Dyuminin Dövlət Şurasının katibi vəzifəsinə təyin olunmasından narahatdır. Bu, Dyuminin gələcək prezident postu üçün Putinin seçimi olduğunun təsdiqi hesab olunur.

“Uzun müddətdir ki, belə söz-söhbətlər dolaşır. Dyumin həm Putinin mühafizəçisi, həm də Məxfi Xidmət zabiti kimi təcrübəyə malikdir. Sonra o, Tula qubernatoru kimi özünü uğurla sübut etdi. İndi isə Dyumin Dövlət Şurasının katibi kimi federal səviyyədə Rusiyanın əsas elitasına rəhbərlik edəcək. Yeni Konstitusiyaya görə, Dövlət Şurası kollegial sədr rolunu yerinə yetirə bilər. Bu, çoxlarının fikrincə, Putinin Dyumini Rusiyanın gələcək prezidenti kimi görməsi fikrini təsdiqləyir”, - Markov Telegram kanalında yazıb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur