24.08.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Xəzərin suyu kəskin azalır - XƏBƏRDARLIQ

23 avq 2025 21:00
DÜNYA
ads
Advertisement

Xəzər dənizi son onilliklərdə sürətlə dayazlaşır və bu proses artıq region ölkələrinin iqtisadiyyatına və ekoloji tarazlığına ciddi təsir göstərir.

Qutb.az xəbər verir ki, bu barədə Rumıniyanın “Adevărul” qəzeti yazır.

Məqalədə qeyd olunur ki, son 5 ildə dənizin səviyyəsi 93 santimetr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb. Hazırda illik azalma tempi 20–30 santimetr təşkil edir.

Qəzetin məlumatına görə, dəniz səviyyəsinin enməsi ilə bağlı fərqli mövqelər mövcuddur. Bir sıra ekspertlər Rusiyanın Volqa çayı üzərində tikdiyi bəndlərin Xəzərə daxil olan suyun həcmini azaltdığını bildirirlər. Rusiya isə bu iddiaları qəbul etmir və əsas səbəb kimi iqlim dəyişikliklərini, yağıntıların azalmasını və buxarlanmanın artmasını göstərir.

“Adevărul” yazır ki, Xəzərin dayazlaşması nərə balıqlarının və Xəzər suitilərinin çoxalma ərazilərinin ciddi şəkildə azalmasına səbəb olur. Mütəxəssislərin hesablamalarına görə, nərə balıqlarının kürüləmə yerlərinin təxminən 45 faizi artıq itirilib. Suitilərin isə yaxın onilliklərdə çoxalma sahələrinin 80–100 faizini itirəcəyi ehtimal edilir.

Alimlərin proqnozlarına görə, əsrin sonuna qədər Xəzər dənizinin su səviyyəsi 8–21 metr aşağı düşə bilər. Bu isə region ölkələri üçün həm iqtisadi, həm də ekoloji baxımdan ciddi fəsadlar yaradacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur