Amerikalı milyarder İlon Mask ABŞ prezidentliyinə namizəd Kamala Harrisi "bərabər imkanlar"la bağlı sözlərinə görə kommunist adlandırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə sahibkar "X" sosial şəbəkəsində yazıb.
“Kamala sözün əsl mənasında kommunistdir. O, təkcə bərabər imkanlar deyil, həm də bərabər mövcudluq şərtləri istəyir”, - Mask deyib.
Beləliklə, milyarder Harrisin tez-tez "bərabərlik" və "ədalətli bölgü" sözlərini xatırlaması prezidentliyə namizədin guya kommunist fikirləri ilə əlaqələndirir.
Adəm