18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ

22 yan 2025 00:00
GÜNDƏM
ads
Advertisement

Mərkəzi Klinikada müalicəsi davam edən Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti yenidən pisləşib.

QÜTB.AZ xəbər verir ki, bunu Teleqraf.com-a Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri Vüqar Əbdülkərimov deyib.

"İlyas müəllimin səhhətində geriləmə olduğu üçün palatadan yenidən reanimasiya şöbəsinə qaytarılıb. Vəziyyəti ağırdır", - deyə şöbə müdiri qeyd edib.

Sabiq ədliyyə nazirinin yaxınları isə İlyas İsmayılovun komaya düşdüyünü deyirlər.

Qeyd edək ki, sabiq ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.

İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur