Ölkələr Kiyevə Rusiya ərazisinə zərbə endirməyə hazır olduğuna görə təşəkkür etməlidirlər.
Publika.az xəbər verir ki, bu fikri Litvanın xarici işlər naziri Qabrielius Landsbergis özünün "X" sosial şəbəkə hesabında bildirib.
"Rusiyadan gələn eskalasiya ilə necə mübarizə aparırıq? Bunu bizim üçün idarə etməyə hazır olan ölkəmiz var. Bu gün onlar (ukraynalılar - red.) Vaşinqtondadırlar və Rusiya ərazisinə dərindən hücuma icazə verilməsini xahiş edirlər. Biz isə yox deyirik. Biz onlara bunun əvəzinə “sağ ol” deməliyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, Ukrayna Rusiyaya dərin zərbələr endirmək üçün silahdan istifadəyə icazə vermək istəyi ilə Qərbə üz tutub. Bu tələbə Böyük Britaniya, Fransa və ABŞ da qoşulub. ABŞ konqresmenləri həmçinin ölkənin Müdafiə Nazirliyinin rəhbərini Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya Qərb silahları ilə zərbə endirməsinə icazə verməyə çağırıblar.
Akqabay