Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası yoldaşlıq görüşündə ABŞ-ın “İnter Mayami” klubunu 6:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, bu görüşdə het-trik müəllifi olan Talişka etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb. Braziliyalı forvard matçda üçüncü qolunu görüşü tribunadan izləyən Kriştianu Ronaldoya həsr edib. O, vurduğu qolu portuqaliyalı superulduzun üslubunda qeyd edib.
Qeyd edək ki, sözügedən görüşdə əsas ulduzlar iştirak etməyib. Ronaldo zədə səbəbindən "İnter Mayami" ilə oyunu buraxıb. Onun adı ümumiyyətlə iştirak ərizəsinə daxil edilməyib. Yüngül bel ağrıları olan Lionel Messi isə matçın sonunda meydana daxil olub.
Heybət