Üç erməni - 36 yaşlı Karen, 31 yaşlı Vigen və onların 20 yaşlı bacısı oğlu Anapa yaxınlığındakı şəxsi göldə boğulublar.
Publika.az xəbər verir ki, "İnterfaks"ın Krasnodar diyarının fövqəladə hallar xidmətindəki mənbəyə istinadən verdiyi məlumata görə , qəza ötən gecə Anapa şərab zavodlarından birinin ərazisində baş verib.
“Voice Mag” nəşri qurbanların adlarını və yaşlarını göstərir, faciənin onların ailə üzvlərinin gözü qarşısında baş verdiyini qeyd edir. Hadisə videoya çəkilib, orada manevrdən sonra xilasedici jiletsiz üç nəfərin oturduğu reaktiv qayığın necə kəskin dönməsi və hamının suya düşməsi əks olunub.
Məlum olub ki, onlardan ən kiçiyi üzə bilmədiyi üçün digər iki şəxs onu xilas etməyə çalışıb, amma özləri də batıblar.
Bütün ölənlərin cəsədləri bazar ertəsi gecə tapılıb. 20 yaşlı qurbanın Gürcüstan vətəndaşı olduğu məlum olub.
Tural