Rusiya hərbi təyyarəsi Qotland adası yaxınlığında İsveç hava məkanını zəbt edib.
Publika.az xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələri məlumat yayıb.
“Cümə günü günortadan sonra Rusiyanın "Su-24" bombardmançı təyyarəsi Qotland adasının şərqində İsveç hava sərhədlərini pozub”, - məlumatda deyilir.
Nazirliyin məlumatına görə, İsveç komandanlığının xəbərdarlığına baxmayaraq, təyyarə öz kursunu izləyib. Bildirilir ki, İsveç Silahlı Qüvvələri Rusiya təyyarəsini yerindən qovmaq üçün qırıcıları havaya qaldırıb.
Hüseyn İbadlı