31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

ABŞ seçkilərindən sonra Ukraynanın başına görün nə gələcək

01 iyl 2024 06:00
GÜNDƏM
ads

ABŞ prezident seçkilərinin nəticələrindən asılı olmayaraq Kiyevə dəstəyini azaltmayacaq.

Publika.az xəbər verir ki, bunu NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Ukraynaya hərbi yardım ABŞ-dakı seçkilərin nəticələrindən asılı olmayaraq davam edəcək, çünki orada Kiyevə güclü ikitərəfli dəstək var.

"ABŞ-da Ukraynaya güclü ikitərəfli dəstək var, kim prezident seçilsə, Birləşmiş Ştatlar NATO-nun güclü müttəfiqi olaraq qalacaq", - Stoltenberq ABŞ-dakı seçkilərdə alyansa tənqidi münasibəti ilə tanınan Donald Trampın qalib gəlmə ehtimalı barədə danışıb.

Bununla belə, Baş katib vurğulayıb ki, alyans Ukraynanın hərbi təlimi və texnikasının daşınmasının koordinasiyasına mühüm töhfə verə bilər ki, bu da ABŞ-ın iştirakının azaldılması ssenarisinin mümkünlüyünü nəzərdə tutur.

Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, NATO ölkələri Ukraynaya silah yardımı etməklə “odla oynayır”. Beləliklə, blok və ABŞ, Lavrovun fikrincə, münaqişədə birbaşa iştirak edir və bu, onun həllinə kömək etmir.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur