İbrahim Səlimin "Bu gecə" verilişinə qonaq olan Hazal Kaya və Əli Atay cütlüyü şəxsi həyatları barədə özəl açıqlamalar veriblər.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əli Atay həyat yoldaşının hər işini astroloqla məsləhətləşdiyini deyib.
Vəziyyətindən şikayət edən aktyor sözlərinə belə davam edib: "Hər işini astroloqla görür. Bütün anlaşmalarını, görüşlərini. Deyiləsi deyil, astroloqla nəyi həll edə və nə qədər uzun müddətə bunu bilə bilərsən... İnsan toyunu astrologiya xəritəsinə görə təyin edərmi?".
Qeyd edək ki, 2019-cu ildə ailə quran cütlüyün bir oğlu və bir qızı var.