28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Rusiyadan Paşinyanın KTMT ilə bağlı bəyanatına CAVAB

05 dek 2024 00:01
GÜNDƏM
ads
Advertisement

Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər. Gec-tez Rusiya, Ermənistan və digər KTMT ölkələri arasında mövcud olan fikir ayrılıqları öz həllini tapacaq.

QÜTB.AZ xəbər verir ki, bunu “NEWS.ru”ya açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ermənistanın Baş naziri Nikol Paşinyanın münasibətlərdə geri dönüşü olmayan nöqtəyə çatması ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Rusiyanı və ya digər KTMT ölkələrini kim əvəz edəcək, amerikalılar? Biz onların Ukraynada ölkəni necə dağıtdığını görürük. Yoxsa özləri Afrikadan qaçan fransızlar? Düzü, düşünürəm ki, bütün bunlar keçib gedəcək. Rusiya yaxın gələcəkdə Ermənistan xalqının yeganə həqiqi dostu olaraq qalacaq”, - Cabarov söyləyib.

Xatırladaq ki, daha əvvəl Paşinyan İrəvanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan həddə çatdığını bildirib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur