Rusiya hökuməti yaz tarla işləri, bayram mövsümü və neft emalı zavodlarının təmiri zamanı sabit bazar vəziyyətini qorumaq üçün 2024-cü il martın 1-dən avqustun 31-dək benzin ixracına qadağa qoyub.
Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumatda deyilir.
Yanacağın ixracına qoyulan məhdudiyyətlər beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində, o cümlədən Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrə tədarüklərə, habelə vətəndaşların şəxsi istifadə və beynəlxalq humanitar yardımın göstərilməsi üçün ixrac etdiyi benzinə təsir etməyəcək.
Digər bir yenilik isə dizel yanacağı birjasında minimum satış həcminin istehsalın 12,5 faizindən 16 faizədək artırılması olub. Hökumət vurğulayıb ki, bu yanaşma bazar qiymətləri ilə satılan yanacağın həcmini artıracaq, yəni rəqabətli şərtlərlə bağlanan sövdələşmələrin payı da artacaq.
Qeyd edək ki, benzinin ixracına qadağa qoyulması ilə bağlı qərar mediaya fevralın 27-də məlum olub.
Bir ay əvvəl Rusiya aviadaşıyıcıları ölkə prezidenti Vladimir Putindən qiymətlər artmağa başladığı üçün qadağanı təzələməyi xahiş etmişdilər.
Hüseyn İbadlı