29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Rusiyada qanun sərtləşdirilir: miqrantlar bu sahələrdə işləyə bilməyəcəklər!

18 iyl 2024 14:00
GÜNDƏM
ads

Rusiyanın Tomsk vilayətində miqrantlar üçün taksi, qida və pərakəndə satış sektorlarında iş məhdudlaşdırılıb.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, belə bir qərarı Tomsk qubernatoru Vladimir Mazur verib.

“Biz əmək miqrantlarının fəaliyyətinin məhdudlaşdırılması üzərində işləyirdik. Qərar birgə, kollegialdır”, - Mazur Teleqram kanalında yazıb.

O qeyd edib ki, bu il noyabrın 1-dən miqrantlar ərzaq istehsalı, pərakəndə ticarət, taksi və ictimai nəqliyyat, işə qəbul, mehmanxana və restoran biznesində işləyə bilməyəcəklər.

Qubernator əmindir ki, bu, regionun iqtisadiyyatının və sosial sferasının kadr potensialını inkişaf etdirəcək.

Əvvəllər Krasnodar diyarının administrasiyası xarici vətəndaşların işə götürülməsinin qadağan olunacağı iqtisadi sahələrin siyahısını genişləndirməyi planlaşdırırdı.

2024-cü ilin sentyabr ayından etibarən digər ölkələrin vətəndaşları Rusiyada kənd təsərrüfatı, istehsalat, mədəniyyət, mehmanxana xidmətləri sahələrində iş tapa bilməyəcək və ya ev yardımı kimi işləyə bilməyəcəklər.

Akqabay


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur