Açıq suda üzgüçülük üzrə olimpiya çempionu, braziliyalı Ana Marsela Kunya 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını tənqid edib.
Publika.az xəbər verir ki, təcrübəli qadın idmançı üzgüçülük yarışlarının keçiriləcəyi Sena çayında suyun keyfiyyətindən narahatdır:
“Suyun durumu narahatlıq doğurur. Keçən il çirklənmə səbəbindən sınaq startları olmadı. Lakin təşkilatçılar yarışın orada keçirilməsində israrlıdırlar. Düşünürəm ki, Sena çayında üzmək qeyri-mümkün olarsa, bizə ehtiyat variant lazımdır”.
Qeyd edək ki, Senadakı suyun keyfiyyəti arzuolunmazdır. Paris meriyasının AFP-yə verdiyi sınaq hesabatlarına görə, keçən yay Sena çayında patogen bakteriyaların konsentrasiyasının artması qeydə alınıb.
Heybət