29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qətlə yetirilən həkimin qonşuları danışdı: iplə boğublar

01 mar 2024 21:00
GÜNDƏM
ads
Advertisement

Xəbər verdiyimiz kimi, Salyanda sabiq baş həkim və həyat yoldaşı yaşadığı evində qətlə yetirilib.

Publika.az xəbər verir ki, dəhşətli qətl hadisəsi rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Belə ki, martın 1-də səhər saat 10:30 radələrində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Qeyd edək ki, Salyan Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Məmmədov 3 il əvvəl təqaüdə çıxıb və onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş. Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olub. Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir. Ər - arvad övladlarından ayrı kənddə yaşayırlar.

İlkin məlumata görə, onlar iplə boğularaq öldürülüb. Hadisənin tamah məqsədi ilə törədiıdiyi ehtimal olunur.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur