“Qazandığım medala görə Azərbaycana təşəkkür edirəm. Bu, mənim üçün qızıla bərabərdir”.
QÜTB.AZ xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili deyib.
125 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı öz çıxışını dəyərləndirib: “Yarımfinalda uduzduğum gürcü idmançı çox güclü idi. Finalda da bunu sübut etdi”.
Güləşçinin sözlərinə görə, bu mükafat onu gələcək yarışlar üçün daha da motivasiya edəcək.