01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Rusiya yenidən bu xalqları birləşdirəcək

22 apr 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Rusiya Federasiyasının silahlı qüvvələri, şübhəsiz ki, Ukrayna münaqişəsində qalib gələcək və bundan sonra Rusiya yenidən qardaş xalqları birləşdirəcək.

Publika.az xəbər verir ki, bu fikri Suriya prezidenti Bəşər Əsəd deyib.

“Hər kəs bilir ki, ruslar, belaruslar və kiçik ruslar tarix, dil və mədəniyyət baxımından yaxındırlar və Ukraynanın şərqində əsasən ruslar yaşayır. Lakin ukraynalıların konkret məqsədi var”, - B. Əsəd qeyd edib.

Suriya lideri qarşıdurmanın Rusiyanın qələbəsi ilə başa çatacağına və onun bir daha “qardaş xalqları birləşdirəcəyinə” əmin olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, hazırda Rusiya güclü dövlət kimi Qərbin digər ölkələrin daxili işlərinə qarışmasına müqavimət göstərir.

“Mənim üçün Rusiyanın qlobal terrorla harada, Suriyada və ya Ukraynada mübarizə aparmasının fərqi yoxdur - yalnız bir düşmən var. Rusiya isə siyasi və hərbi aspektlərdə qlobal sabitliyi gücləndirir və bunu özü zərər çəkdiyi üçün edir”, - Suriya prezidenti vurğulayıb.

Akqabay


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur