Rusiya qoşunları Ukraynanın cənubunda hücum əməliyyatlarına başlamaq niyyətlərindən əl çəkmir.
QÜTB.AZ “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, Moskva Zaporojya vilayətində və Xerson sahil bölgəsində hərbi əməliyyatları intensivləşdirməyi planlaşdırır.
Ukrayna hərbçiləri ehtimal edir ki, Zaporojye vilayətində əsas hücum Dnepr çayına paralel hissədə yerləşən Pyatixatok rayonuna yönələ bilər. Bundan əlavə, Qulaypolya bölgəsində də hücumlar mümkündür.
Qeyd olunur ki, ruslar artıq Xerson vilayətində Dnepr çayının sağ sahilinə nüfuz etməyə cəhd ediblər.
Mənbələrdən alınan məlumata görə, artıq Xersona hücum qərarı verilib. Əməliyyata Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı Mixail Teplinski rəhbərlik edəcək. Tapşırıqları yerinə yetirmək üçün 4000-ə qədər Rusiya hücum təyyarəsinin cəlb edilməsi planlaşdırılır.
Adəm Abbaslı