Rusiya Xarici İşlər Nazirliyi (XİN) İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunmasını qətiyyətlə pisləyib.
Publika.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi M.Zaxarova İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunmasını şərh edərkən deyib: “Dərin təəssüf hissi ilə qeyd edirik ki, bu, Rusiya və Ermənistan üçün ümumi tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin təhqir edilməsi ilə bağlı ilk hal deyil”.
Ermənistanda Rusiyanı və onun Cənubi Qafqazdakı rolunu ləkələmək üçün aparılan ictimai kampaniyanın bu hərəkətlərə şərait yaratdığını qeyd edən Zaxarova vurğulayıb ki, blokada zamanı həlak olmuş 1 milyon 384 min leninqradlının xatirəsinin təhqir olunmasına yol verilməyəcək.
XİN rəsmisi bildirib ki, faktla bağlı cinayət işi açan Rusiya Federasiyasının İstintaq Komitəsi və digər müvafiq federal qurumlarla əlaqəli iş aparılır.