Moskva və Pxenyan arasında hərbi sahədə əməkdaşlıq fəal şəkildə genişlənir.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.
“Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında dostluq əlaqələri bu gün bütün istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıqda fəal şəkildə genişlənir. Biz əldə edilmiş bütün razılaşmaları ən yüksək səviyyədə həyata keçirməyə hazırıq. Biz koreyalı dostlarımızla sıx və səmərəli əməkdaşlıq gözləyirik”, - Belousov Pxenyanda Şimali Koreyanın müdafiə naziri No Qvan Çolla danışıqlar zamanı bildirib.
Rusiyalı nazir bugünkü danışıqların müdafiə sektorunda Rusiya-Koreya strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəyinə inandığını bildirib.
Adəm Abbaslı