29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Putini Monqolustanda xanın süvariləri belə qarşıladı

03 sen 2024 11:00
DÜNYA
ads
Advertisement

Rusiya prezidenti ötən gecə Monqolustana rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimi sentyabrın 3-də baş tutub. Mərasim Ulan-Batorda Dövlət Sarayının yaxınlığındakı mərkəzi meydanda keçirilir.

QÜTB.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edək ki, Putin Monqolustana Xalxin Qol çayında sovet və monqol silahlı qüvvələrinin yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün gedib.

Rusiya-Monqolustan danışıqlarının keçiriləcəyi sarayın qaşısı Rusiya və Monqolustan bayraqları ilə bəzədilib.

Rusiya liderinin görüşü üçün qırmızı xalça və postament hazırlanıb. Sarayın qarşısında fəxri qarovul dəstəsi və Monqol İmperiyasının birinci Böyük Xanının şəxsi mühafizəsinin geyimi kimi stilizə olunmuş mərasim formasında süvarilər dəstəsi düzülüb.

Mərasim başlamazdan əvvəl monqol milli geyimli qız Putinə gül hədiyyə edib.

Kütləvi orkestr Rusiya Federasiyasının və Monqolustanın himnlərini ifa edib, bundan sonra hər iki ölkənin prezidentləri fəxri qarovul dəstəsinin qarşısına keçərək onu salamlayıblar.

TASS-ın yaydığı məlumata görə isə Rusiya prezidenti Vladimir Putin və Monqolustan prezidenti Uxnaqiyn Xurelsux xüsusi yurdda məhdud tərkibdə danışıqlar aparıblar.

Bildirilir ki, Putin və Xurelsux ikitərəfli münasibətlərə və beynəlxalq məsələlərə dair dar tərkibdə ikitərəfli danışıqlar aparır. Tərəflər həmçinin Xalxin-Qol döyüşündə sovet və monqol qoşunlarının qələbəsinin 85-ci ildönümünün qeyd olunmasını müzakirə ediblər.

“Mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, hər hansı çətinliklərə baxmayaraq, əlaqələrimiz inkişaf edir”, - deyə Rusiya prezidenti vurğulayıb.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur