Rusiyanın müxalifət mətbuatının yazdığına görə, Rusiya-Ukrayna müharibəsi üçüncü ilinə qədəm qoyduqca, Kreml Rusiyanın azlıqlarını qəsdən cəbhə xəttinə aparır. Azlıqların nümayəndələri, o cümlədən bir çox türk və monqol etnik qrupları cəbhədə rus və slavyan əsgərlərini qorumaqda ittiham edir.
Publika.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı qan donduran iddia gündəmi silkələyib. Bununla bağlı yazı “The Moscow Times”da dərc olunub. Hərbi mənbələrdən əldə edilən məlumata görə, Rusiyanın gənc rus-slavyan əhalisini qorumaq üçün monqol və türk gəncləri ön cəbhəyə göndərilir. Müharibədə verilən itkilər səbəbindən ölkədə türk və monqol etnik qruplarının varlığı təhlükə altına düşüb. Ən çox itkilərin Sibirdən cəbhəyə göndərilən qruplarda yaşandığı bildirilib.
“The Moscow Times” qəzetinin ABŞ hərbi mənbələrindən əldə etdiyi məlumata görə, müharibədə hərbi itkilər arasında ölkədəki azlıqların sayı rus əsgərləri ilə müqayisədə qeyri-mütənasib şəkildə yüksəkdir. Mütəxəssislər, azlıqların, o cümlədən bir çox türk toplumlarının ön cəbhəyə sıxışdırıldığı üçün bu icmaların uzunmüddətli perspektivdə böyük zərər görəcəyi barədə xəbərdarlıq edirlər.
Mütəxəssislər Rusiyanın xüsusilə şimal və Sibir bölgələrində yaşayan azsaylı icmaların itkilərinin çox yüksək olduğunu bildirərkən, ölümlərin bu səviyyədə davam edəcəyi təqdirdə türk və monqol toplumlarının bir nəsildən sonra tamamilə yox ola biləcəyini də qeyd edirlər.
Bildirilir ki, Rusiyadakı etnik və yerli əhalinin nümayəndələri müharibə zamanı dəfələrlə Kremlə bu məsələ ilə bağlı xəbərdarlıq ediblər. ABŞ hərbi mənbələri hesab edir ki, Kreml bu strategiyanı gənc rus əhalisini qorumaq üçün həyata keçirir. Digər tərəfdən, ekspertlər azlıqdan olan gəncləri cəbhəyə göndərməklə Rusiyadakı aktiv müharibə əleyhinə müxalifəti sakitləşdirməyə çalışdıqlarını düşünürlər.
Digər tərəfdən, nəşrin əldə etdiyi məlumata görə, müharibə başlayandan bəri 45 min 123 rus əsgəri həyatını itirib. Bu ölkədəki gənc rus əhalisinin 0,3 faizinə uyğundur. Müharibədə rus gənclərinə nisbətən daha çox gənc əhalisini itirən ölkədəki etnik azlıqlar aşağıdakılardır: Sibir bölgəsində yaşayan monqol yerli etnik qrupu buryatlar (1,16%), tuvanlar - Monqolustan yerli etnik qrupu. Tuva bölgəsi (1,11 faiz), Rusiyanın cənubunda Kalmıkiya bölgəsi - türk yerli etnik qrupu kalmıklar (0,23 faiz), Sibirin şimal-şərqində çukçi (0,9 faiz) və yerli etnik nenetlər - ölkənin şimalındakı Arktika bölgəsi (0,1 faiz).
Xüsusilə diqqətəlayiq haldır ki, statistik məlumatlara görə, müharibədə ən çox itki verən rayonlar azlıqların yaşadığı Krasnodar, Sverdlovks və Çelyabinsk kimi inzibati vahidlər olub.
Müharibədə ən çox qohumlarını itirən etnik qrup olan buryatlar xüsusi diqqət çəkir. Çoxlu etnik türk icmalarının yaşadığı Saxa, Yakutiya bölgəsində də vəziyyət fərqli deyil. Rusiya Hərbi Komitəsinin 2023-cü ilin noyabrında bağlı qapılar arxasında keçirilən qərarlarını əldə edən ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bildirir ki, ölkənin demək olar ki, bütün şərq bölgələrində könüllü əsgər problemi var.
Aysel Şahmar