19.05.25 | Bakı 18.77° C |
10:06:25
Lent :

100 deputatdan ibarət komissiya yaradılsın! - Bağçalıdan yeni TƏKLİF

18 may 2025 22:00
DÜNYA
ads
Advertisement

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı "Türkiyədə terrorsuz gələcək" məqsədi çərçivəsində yeni təşəbbüslə çıxış edib.

Qutb.az-ın məlumatına görə, o, Türkiyə Böyük Millət Məclisində (TBMM) bütün siyasi partiyaların iştirakı ilə 100 nəfərlik komissiyanın yaradılmasını təklif edib.

Bağçalı bildirib ki, bütün cəmiyyət təbəqələrinin təmsil olunduğu siyasi partilərin iştirakı ilə bir komissiyanın yaradılması ən məntiqli yoldur”.

Onun fikrincə, bu komissiyanın əsas hədəfi qarşıdakı dövr üçün "yol xəritəsini müəyyənləşdirmək" olmalıdır.

MHP lideri komissiyanın adının “Yeni Əsrin Terrorsyz Türkiyə Strategiyası: Milli Birlik və Həmrəylik Komissiyası” olmasını və TBMM sədri Numan Kurtulmuşun komissiyaya rəhbərlik etməsini təklif edib.

Komissiyanın 16 siyasi partiyadan seçiləcək 100 nümayəndədən ibarət olmasını istəyən Bağçalı görüləcək işə görə ayrıca alt komissiyaların da qurulmasını mümkün sayır. O, həmçinin hüquqi baza ilə bağlı təkliflərini də açıqlayıb.

TBMM-də təmsil olunan hər bir siyasi partiya komissiyada ən azı bir üzvlə iştirak etməlidir. Digər üzvlər isə partiyaların parlamentdəki nisbətinə əsasən müəyyənləşdirilməlidir.

Hər partiya komissiyada çalışacaq iki sahə mütəxəssisini təyin edə bilməlidir.

Komissiya öz iş qaydalarını özü müəyyən etməlidir.

Komissiyaya TBMM sədri rəhbərlik etməlidir.

Qərarlar sadə səs çoxluğu ilə qəbul edilməlidir.

Qəbul olunan qərarlar qanun layihəsinə çevrilərək müvafiq komitələrə və TBMM plenar iclasına təqdim olunmalıdır.

Xatırladaq ki, PKK terror təşkilatı 5–7 may tarixlərində qurultay keçirib. Qurultayda qəbul edilən qərarlar əsasında təşkilat ləğv edilib. Təşkilatın ləğv edilməsi prosesi Bağçalının çağırışı ilə başlamışdı.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.77° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur