06.02.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Bu ölkə Fransadan təzminat tələb edir

01 fev 2025 07:00
GÜNDƏM
ads

Əlcəzairdə Fransa müstəmləkəçiliyini cinayət sayan qanun layihəsinin qəbul edilməsinin vaxtı çatıb.

QÜTB.AZ ölkə mediasına istinadən xəbər verir ki, bunu Əlcəzair Parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinin spikeri İbrahim Buğali bildirib.

Buğali ölkəsinin son vaxtlar nüfuzuna və imicinə zərər vurmağa yönəlmiş davamlı hücumlara məruz qaldığını və buna cavab olaraq müstəmləkəçiliyin kriminallaşdırılması barədə qanun layihəsini yenidən müzakirəyə təqdim etməyin vaxtının çatdığını deyib.

“Biz müdafiə mövqeyində qalmamalıyıq. Artıq hücum etmək vaxtıdır. Əlimizdə Əlcəzairin imicini müdafiə etmək üçün bütün sənədlər və dəlillər var. Dünənki düşmən elə hesab edir ki, Əlcəzair hələ də müstəmləkədir. Onlar bərabərliyə əsaslanan siyasətə dözmürlər, Əlcəzairin iqtisadiyyat, siyasət və digər sahələrdə nailiyyətlərini qəbul etmirlər. Onların iqtisadiyyatımızda, ticarətdə payları azalıb, buna dözə bilmirlər”, - deyə Buğali qeyd edib.

Qeyd edək ki, parlamentin iki böyük partiyası fevral ayında qanun layihəsinin müzakirəyə çıxarılmasına razılıq verib. Müzakirəyə çıxarılacaq qanun layihəsində Fransanın Əlcəzairdə 132 illik müstəmləkəçiliyi pislənir, qarşı tərəfin üzr istəməsi və vurduğu bütün zərərlərə görə təzminat ödəməsi tələb edilir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur