28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Tanınmış futbolçu oyunda fırıldaq etdi, cəzalandırıldı

25 yan 2024 05:00
İDMAN
ads
Advertisement

“Arsenal”ın hücumçusu Qabriel Jesus maraqlı vəziyyətlə üzləşib.

Publika.az xəbər verir ki, o, aksessuarlar almağa külli miqdarda pul yatırmasına baxmayaraq fırıldaq etdiyinə görə məşhur “Counter-Strike 2” video oyunundan kənarlaşdırılıb. Braziliyalı futbolçu xüsusi M4A1-S Hot Rod tapançasına 1000 avro daxil olmaqla, oyundaxili digər funksialarla 40.000 avro xərcləyib. Lakin indi o, həmişəlik blok olunduğundan nə oyunu oynaya bilmir, nə də pulunu geri qaytarmaq imkanı yoxdur.

Jesus hətta açıq şəkildə mərhəmət diləyib. “Hey, “Counterstike”, mənim hesabım VAC tərəfindən ədalətsiz şəkildə blok edilib. Mənə kömək edə bilərsinizmi? Hesab linkini izləyin və onu blokdan çıxarın”, – deyə “Arsenal”ın forvardı X sosial şəbəkəsində paylaşım edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur