Böyük Britaniyanın baş naziri Rişi Sunakın qaynanası olan məşhur hind yazıçısı Sudha Murti deputat olacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan prezidenti Draupadi Murma onu parlamentin yuxarı palatasının deputatlığına namizəd göstərib.
“Xanım Sudhanın sosial iş, xeyriyyəçilik və təhsil də daxil olmaqla müxtəlif sahələrə verdiyi töhfələr çox böyük və ruhlandırıcıdır”, - Baş nazir Narendra Modi bu barədə açıqlamasında deyib.