01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Paşinyan hakimiyyəti devirmək üçün Tbilisiyə 500 nəfər göndərdi

03 dek 2024 10:00
GÜNDƏM
ads

İğtişaşların davam etdiyi Gürcüstanda “rəngli inqilab” ssenarisinin həyata keçirilməsi məqsədilə xarici ölkələrdən qrupların göndərildiyi haqda məlumatlar var.

QÜTB.AZ
xəbər verir ki, Gürcüstan hakimiyyəti Ukraynadan xüsusi “diversantların” göndərildiyini bəyan etmişdi. Lakin bu, müxaifət tərəfindən təkzib edildi.

Şərqi Avropa ölkələri, eləcə də Baltikyanı ölkələrdən də “rəngli inqilab” üzrə hazırlanmış xüsusi qrupların Gürcüstana göndərildiyi xəbərləri yayılır. Hakimiyyətin devrilməsi məqsədilə Tbilisiyə qruplar göndərən ölkələr arasında Ermənistanın da adı çəkilir. Məlumatlara görə, iğtişaşlara dəstək vermək üçün ermənilərin göndərilməsi tapşırığını Ermənistanın baş naziri Nikol Paşonyan verib.

Ermənistanda “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants da bildirib ki, onda bununla bağlı məlumatlar var.

“Paşinyan Gürcüstanda hakimiyyətin dəyişməsini ürəkdən istəyir. Məndə olan məlumata görə, Gürcüstanda keçirilən etiraz aksiyalarında Ermənistandan göndərilən 400-500 nəfərlik qrup da iştirak edir”, - o bildirib.

Asif

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur