02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

“Crocus” terrorçularına “Telegram” vasitəsilə göstəriş verilib

29 mar 2024 22:00
GÜNDƏM
ads

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə təqsirləndirilən şəxslərlə bağlı daha bir məlumat üzə çıxıb.

Publika.az xəbər verir ki, terrorçuları həm hazırlıq mərhələsində, həm də silahlı hücumdan sonra “Telegram” messencerində səsli mesajlar vasitəsilə bir kişi koordinasiya edib.

Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, təqsirləndirilən şəxslər bu məlumatı özləri etiraf ediblər. Onlar həmin şəxsin özünü "nickname" ilə təqdim etdiyini deyiblər.

Koordinatorun göstərişi ilə terrorçular hadisədən sonra avtomobillə Rusiya-Ukrayna sərhəddinə doğru gediblər. Onların məqsədi sərhədi keçərək Kiyevə getmək və vəd olunan mükafatı almaq olub.

Xatırladaq ki, martın 22-də Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində 143 nəfər həlak olub, 382 nəfər yaralanıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur