“Real” La Liqanın 24-cü tur matçında “Jirona”nı qəbul və məğlub edib – 4:0.
Publika.az xəbər verir ki, bu görüşdə Madrid klubunun futbolçusu Cud Bellinqem dubl edib. İngilis yarımmüdafiəçi bununla La Liqanın cari mövsümündə qollarının sayını 16-a çatdırıb.
Eyni zamanda o, 21-ci əsrdə La Liqada “Real”da yarımmüdafiəçi kimi ən çox qol vuran futbolçudur. O, öz rekordunu yeniləyib. Bu göstəricidə Xames Rodriges (2014/15 mövsümündə 13) və İskonu (2016/17 mövsümündə 10 qol vurub) qabaqlayır.
Onun bundan sonra vuracağı hər qol rekordunun yenilənməsi ilə nəticələnəcək.