Bayramı fürsət bilənlər istirahət üçün rayonlara üz tutublar. Hotellərlə yanaşı kirayə evlərə müraciət edənlərin sayı da artıb.
Publika.az xəbər verir ki, Lənkərana gələn turistlər istirahət mərkəzləri ilə yanaşı qalmaq üçün gündəlik kirayə verilən kənd evlərinə də müraciət edirlər.
Novruz bayramını Lənkəranda qeyd edəcək turistlər əsasən, Lənkəran-Lerik yolundakı istirahət mərkəzlərinə yaxın kirayə verilən evlərdə qalmağa üstünlük verirlər. Ev kirayəsi ilə məşğul olan rieltorlar xüsusilə dağətəyi ərazilərdəki həyət evlərinə daha çox tələbat olduğunu deyirlər.
Rieltorlar deyirlər ki, kirayə mənzil bazarında bu cür vəziyyət bayramın sonuna qədər davam edəcək.
Qeyd edək ki, mövcud qiymətlərin bayramdan sonra enəcəyi gözlənilir.
Ətraflı süjetdə: