01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

"Fransa bizi birinci sinif silahlarla təmin edir"

01 mar 2024 21:00
GÜNDƏM
ads
Advertisement

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdan 10 faizə düşüb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci kanal”a müsahibəsində danışıb.

O, bunun Rusiyanın seçimi olduğunu deyib:

“Müqavilələr imzalanıb, amma yerinə yetirilməyib. Ukraynadakı müharibəni əsas gətirirlər, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb. Bu, Rusiya Federasiyasının qərarı idi. Biz faktlarla üzləşdik və hərbi-texniki əməkdaşlığı şaxələndirmək məcburiyyətində qaldıq”.

Armen Qriqoryanın sözlərinə görə, Fransa onları birinci sinif silahlarla təmin edir.

"Bu məsələdə, yəqin ki başa düşərsiniz, sükut yaxşıdır. Biz aldığımız hər şeyi bəyan edə bilmirik", - deyə o qeyd edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur