Dietoloq Oksana Dmitrenko qışda hər gün yeyilə bilə ən faydalı qidadan danışıb.
Publika.az xəbər verir ki, Gazeta.ru-ya danışan ekspertin sözlərinə görə, söhbət soyuqdəyməyə qarşı əsas mübarizə vasitəsi sayılan, çoxlu C vitamini olan duzlu kələmdən gedir. Eyni zamanda, mütəxəssis qeyd edib ki, bu məhsul soyuq mövsüm üçün aktual olan bir sıra digər sağlamlıq problemlərini də həll etməyə kömək edir.
"Kələm turşusu C vitamini və bağırsaq üçün sağlam probiotiklərlə olduqca zəngindir. Bu o deməkdir ki, o, immuniteti gücləndirməyə və insanın həzm sisteminin sağlamlığını dəstəkləməyə kömək edir. Bu faydalı xüsusiyyətlər uzun fermentasiya prosesi sayəsində baş verir. İmmuniteti gücləndirmək və bağırsaq funksiyasını normallaşdırmaqla yanaşı, duzlu kələm faydalı makro və mikroelementlərin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdıra bilər. Məsələn, dəmir, sink və kalsium. Bundan əlavə, bədənin virus hücumlarına qarşı müqavimətini artırır və yağları effektiv şəkildə yandırmasına kömək edir. Kanadalı alimlər müəyyən ediblər ki, 3-4 ay ərzində hər gün duzlu kələm yemək 5-10 kq artıq çəkidən qurtulmağa kömək edir", - Dmitrenko bildirib.
Bununla belə, o xəbərdarlıq edib ki, hər kəs duzlu kələmdən istifadə edə bilməz.
"Hipertoniya, xroniki böyrək çatışmazlığı, mədə xorası, bağırsaqlarda iltihab sindromundan əziyyət çəkən insanlar məhsulu rasiondan məhdudlaşdırmalı və ya pəhrizindən tamamilə çıxarmalıdırlar" , - dietoloq əlavə edib.
Aytən