ABŞ prezidenti Co Baydenin Virciniya ştatında abortla bağlı çıxışı tamaşaçıların qışqırtıları ilə 8 dəfə kəsilib.
Publika.az xəbər veir ki, bu barədə Ağ Evdəki mənbə məlumat yayıb .
Bayden danışmağa başlayandan dərhal sonra tamaşaçılardan ilk etiraz nidası eşidilib. Bundan sonra qışqırıqlar müntəzəm olaraq davam edib.
Ağ Evdəki jurnalistlərin fikrincə, Fələstin tərəfdarları Baydenin sözünü kəsməyə çalışıblar. Lakin tədbirə toplaşan dövlət başçısının davamlı olaraq "Dörd il!" şüarları səsləndirən tərəfdarları Fələstin tərəfdarlarının etirazlarını boğublar.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydeni ABŞ tarixinin ən pis on prezidenti ilə müqayisə edib .
Hüseyn İbadlı