Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük.
Publika.az xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
Türkiyə Prezidenti fevralın 7-də keçirilmiş seçkilərdə qələbəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi bir daha təbrik edib, ilk dəfə respublikanın bütün suveren ərazisində keçirilmiş səsverməni tarixi hadisə adlandırıb.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan liderinin seçkilərdə qalib gəldikdən sonra ilk xarici səfərini Türkiyəyə etmək qərarını yüksək qiymətləndirir.
Türkiyənin dövlət başçısı prezident seçkilərinin nəticələrinin qardaş Azərbaycan xalqının rifahına xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.