Almaniya Hərbi Dəniz Qüvvələri Yəmən sahillərində ABŞ-ın MQ-9 Reaper İHA-sını iki dəfə hədəfə alıb.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Bildirilir ki, Qırmızı dənizdə xidmətdə olan "Hessen" freqatı radar sistemləri ilə gəmidə fəaliyyət göstərən İHA-nı səhvən düşmən silahı kimi təsbit edib. “Hessen” İHA-ya 2 SM2 raketi atıb.
Lakin hər iki alman SM2 raketi texniki səbəblərdən hədəfə çata bilməyib. Raketlərin dənizə düşdüyü bildirilib. Almaniya Müdafiə Nazirliyinin sözçüsü Michael Stempfl aşkarlanan İHA-lar hədəfə alınmadan əvvəl əməliyyatda iştirak edən müttəfiq ölkələrlə əlaqə saxlandığını və heç bir ölkənin öz pilotsuz uçuş aparatının əməliyyat bölgəsində olduğunu bildirmədiyini vurğulayıb.
Aysel Şahmar