ABŞ-ın Çikaqo hava limanında bir qadın baqaj konveyerində ölü tapılıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Çikaqo Yanğın Departamentinin sözçüsü Larri Lenqford açıqlama verib.
Bildirilir ki, hadisə “O'Hare” Beynəlxalq Hava Limanında baş verib. Sözçünün məlumatına əsasən, bir qadının ictimaiyyətə qapalı baqaj emalı sahəsində maşınlara ilişib qaldığını görən məmurlar vəziyyəti müvafiq bölmələrə çatdırıblar.
Səlahiyyətlilər qadının həmin hissəyə necə getdiyinə dair heç bir ipucu olmadığını və araşdırmanın davam etdiyini bildirib.
Roza Şəfiyeva