Qəzza zolağında öldürülənlərin sayı 24 min 762-yə yüksəlib.
Publika.az xəbər verir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, ölənlərin sayı son 24 saatda 142 nəfər artaraq 24 min 762 olub, xəsarət alanlarda isə bu rəqəm 62 min 108-ə çatıb.
Məlumatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.