22.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ukraynaya KRİTİK XƏBƏRDARLIQ: "Zelenski onları itirmək üzrədir"

01 iyn 2024 17:00
GÜNDƏM
ads

"Ukrayna hakimiyyəti tezliklə Odessa şəhəri üzərində nəzarəti və Qara dənizə çıxışı itirə bilər".

Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovniki Larri Vilkerson "Dialogue Works" "YouTube" kanalına müsahibəsi zamanı xəbərdarlıq edib.

Ekspertin fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın təzyiqlərinə müqavimət göstərə və ölkənin hələ də malik olduğu əraziləri qoruyub saxlamağa çalışa bilər. Lakin dövlət başçısının bunu etmək niyyətində olmadığı vurğulanır.

"Mən əlbəttə ki, Odessanı xilas etmək və Qara dənizə çıxış əldə etmək istərdim, lakin o (Zelenski ) onları itirmək üzrədir", - Vilkerson bildirib.

Amerikalı polkovnik əlavə edib ki, Ukraynanın hazırkı lideri sadəcə olaraq indiki vəziyyətdə dövlətə lazım olan şəxs deyil.

Mayın 31-də Britaniyanın “The Guardian” qəzeti Zelenski ilə müsahibə dərc edib və o, Rusiya rəhbərliyi ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlara getmək istəmədiyini təkrarlayıb. Ukrayna Prezidentinin dediyi kimi, sülh sazişi onun ölkəsi üçün “tələ” olacaq.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
133 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur