"Palmeyras"ın futbolçusu Estevao Villian bir sıra Avropa klublarının transfer hədəfinə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb
Mənbənin məlumatına görə, 16 yaşlı braziliyalı ilə “Barselona”, PSJ, “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” maraqlanır. Vingerin özü Kataloniya təmsilçisinə keçməyə meyllidir.
Bununla belə, 60 milyon avroluq sərbəst qalma müddəasını ödəməyə hazır olmayan "Barsa"nın maddi vəziyyətinin maneəyə çevrilə biləcəyi bildirilir. Eyni zamanda, Estevao Villian 2025-ci ilin aprelində 18 yaşı tamam olana qədər Avropaya köçə bilməz.
2023-cü il mövsümündə 16 yaşlı futbolçu Braziliya A Seriyasında 12 dəqiqə əvəzedici kimi meydana çıxaraq debüt edib. "Palmeyras"ın gənclər komandası heyətində bütün yarışlarda 12 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Heybət