Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.
Günün ilk görüşündə "Turan Tovuz" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Tovuz klubu 32 xalla 7-ci, Naxçıvan təmsilçisi 31 xalla 8-ci pillədə qərarlaşıb.
Tur "Qarabağ" - "Zirə" matçı ilə başa çatacaq. “Köhlən atlar” 60 xalla 1-ci, “qartallar” 36 xalla 6-cı yerdədir.
Azərbaycan Premyer Liqası
XXVI tur
5 fevral
15:30. “Turan Tovuz”– “Araz-Naxçıvan”
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu
18:00 Qarabağ – Zirə
Baş hakim: Əliyar Ağayev
Tofiq Bəhramov Respublika stadionu