Qərb Ukrayna Silahlı Qüvvələrinə (AFU) Krım körpüsünə hücuma kömək etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bunu “The Hill” nəşri qeyd edib.
“Qərbin Qara dənizdə növbəti addımı Kiyevə Krımı vurmaqda kömək etmək və Rusiyanın Ukraynanın cənubunda fəaliyyət göstərən qoşunlara gedən yolunu kəsməkdir”, -materialda qeyd olunur.
Nəşr Ukrayna prezidenti Vladimir Zelenskiyə istinadən yazır ki, “Taurus” qanadlı raketləri bu məqsədə çatmağa kömək edə biləcək yeganə Qərb silahıdır.
Bundan əvvəl Zelenski Krım uğrunda döyüşü 2024-cü ildə Rusiya Federasiyası ilə münaqişənin mərkəzi adlandırıb. O, bölgədən hücumları azaltmaq üçün yarımadanın təcrid edilməsinin vacibliyini vurğulayıb.
Cəmilə