33 yaşlı qapıçı David de Xea “Fiorentina” ilə müqavilə imzalayıb.
QÜTB.AZ xəbər verir ki, 2023-cü ilin iyulunda qolkiperin “Mançester Yunayted”lə əmək müqaviləsi başa çatıb və həmin vaxtdan o, klubsuz idi.
“Bənövşələr”in mətbuat xidməti ispaniyalı futbolçunun tibbi müayinədən keçərkən şəklini də paylaşıb.
Daha əvvəl mətbuatda De Xeanın daha bir mövsüm uzatma opsiyalı bir illik müqavilə imzalayacağı barədə məlumatlar yayılmışdı. Maaş illik 3 milyon avro olacaq.